4 Noyabr 11:10
2 002

Türkiyə Silahlı Qüvvələrinin Tüncelidə PKK-ya qarşı əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı “Səma” kod adlı qorxulu qadın terrorçu da yaxalanıb.

Əməliyyat dünən səhər saatlarından başlayıb. Tüncelinin Nəzmiyyə və Pülümür qəsəbələri arasında yerləşən Kadısırtı şəlaləsi yaxınlığında 9 nəfərlik PKK qrupu müəyyən edilib. Bunun ardınca əraziyə havadan xüsusi qruplar endirilib və əməliyyata start verilib.

Əməliyyatın birinci mərhələsində 4 terrorçu öldürülüb. Digər 5 terrorçu isə Afaqlı kəndi ərazisində sıx meşəliyə daxil ola bilib. Lakin terrorçuların izini itirməyən Türkiyə Silahlı Qüvvələrinin xüsusi qrupları axşam saatlarına qədər terrorçuların yerini müəyyən edib. Burada atışma zamanı daha 4 terrorçu öldürülüb, 1 terrorçu isə sağ ələ keçirilib.

Əməliyyatdan sonra bəlli olub ki, öldürülən terroristlərin dördü PKK-nın Tünceli bölgəsi üzrə səlahiyyətli nümayəndələridir. Onların adı həm də Türkiyə Daxili İşlər Nazirliyinin axtarışda olan siyahılarında olub və başlarına 300 min türk lirəsi mükafat qoyulub.

Sağ ələ keçirilən “Səma” kod adlı Besna Qartal şəbəkənin şərq cəbhəsindəki qadınlarına rəhbərlik edib.

Əməliyyat həm də türk əsgərinin “Səma” kod adlı Besna Qartala su verməsi və ayağından aldığı güllə yarasını müalicə etməsi isə yadda qalıb.


Müəllif: Cavad