4 Noyabr 19:07
155

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində yerləşən hərbi hissəsinin silah anbarında güclü partlayış baş verib.

Report xəbər verir ki, partlayış nəticəsində hərbi hissənin ərazisində və yaxın ətrafda yerləşən obyeklərə ciddi ziyan dəyib.

İlkin məlumata görə, 12 nəfərin öldüyü və xeyli sayda yaralının olduğu bildirilir.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Hazırda araşdırma və xilasetmə tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sentyabrda Qarabağda yerləşdirilən işğalçı ordunun hərbi hissələrindən birində də silah anbarı partlamışdı.


Müəllif: Teleqraf.com