4 Noyabr 21:53
219

Gəncədə 14 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

Publika.az xəbər verir ki, hadisə Bakı fəhləsi küçəsindəki yeni tikilən evlərdən birində qeydə alınıb. 2003-cü il təvəllüdlü Abbasova Gülsüm Mahir qızı evin vanna otağında olarkən dəm qazından zəhərlənib. Ona dərhal tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com