4 Noyabr 2017 23:11
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunun Çiyni kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Ağsu rayonunun Çiyni kəndində ümumi sahəsi 100 kv.m olan tövlənin yanar konstruksiyaları, içərisində 200 kiloqram arpa və damına yığılan 4.5 ton ot bağlaması yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com