5 Noyabr 2017 23:13
2 356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən sərnişin daşımaqda istifadə edilən bu avtomobil müəyyən olunan istiqamətin əksinə hərəkət edir.

Teleqraf.com xəbər verir ki, qaydanı kobud şəkildə pozmasına baxmayaraq sürücü maşını yolun kənarı ilə də deyil, əsas hərəkət zolaqlarının üzərilə hərəkət etdirir.

Hadisə Bakı-Salyan yolunda olub. Mobil telefonla çəkilən görüntülərdə minik avtomobili sürücüsünün özünü və qarşıdan gələn minik vasitələrini təhlükə ilə üz-üzə qoyması əks olunub.

Ekspert Ərşad Hüseynov bildirir ki, bu cür hərəkət həm qanunla qadağan, həm də olduqca təhlükəlidir.

Ekspert bildirir ki, yol hərəkət qaydalarını bu cür pozan şəxslər üçün qanunvericilikdə ayrıca maddə də var.

Onu da qeyd edək ki, Bakı-Salyan yolunda geriyə dönmələr bir neçə kilometrdən bir qoyulduğundan sürücülər vaxta və məsafəyə qənaət etmək üçün bu üsula əl atırlar. Bu isə dəhşətli qəzaların yaşanmasına səbəb ola bilər. /xezerxeber.az/


Müəllif: Teleqraf.com