5 Noyabr 2017 22:39
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın İnquşetiya Respublikasında terror aktı törədilib.

Teleqraf.com xəbər verir ki, Nazran rayonunun Yandare yaşayış məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü Yol-Patrul Xidmətinin blok-postunda partladıb.

Yol-Patrul Xidmətinin iki əməkdaşı ölüb, bir polis isə yaralı halda xəstəxanaya çatdırılıb. Partlayışdan sonra polislər və terrorçular arasında atışma başlayıb. Atışma nəticəsində 2 terrorçu məhv edilib.

Hücumdan sonra bölgədə antiterror əməliyyatına başlanılıb.


Müəllif: Teleqraf.com