13 Noyabr 14:54
178

13:53

Məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov barəsində beynəlxalq axtarış elan edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Moskva məhkəməsinin mətbuat katibi Yunona Tsareva məlumat verib.

Ötən həftə Moskva məhkəməsi Telman İsmayılovu 2 nəfərin ölümündə, eləcə də qanunsuz silah gəzdirməkdə təqsirli bilərək, barəsində həbs qərarı çıxarıb. Biznesmenin vəkili Marina Rusakova İlmayılovun Rusiyada olmadığını və apeliasiya şikayətinə noyabrın 15-də baxılacağını bildirib.

Qeyd edək ki, eyni ittihamla biznesmenin qardaşı Rafiq İsmayılov da həbs edilib.

***

Barəsində axtarış elan edilən azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyədə gizlənir.

Bununla bağlı Rusiya hüquq mühafizə orqanları məlumat yayıb.

Məlumatlara görə, Rusiya tərəfi məsələ ilə bağlı türk həmkarlarına sorğu göndərib.


Müəllif: Samir