13 Noyabr 2017 16:26
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçidə qarşılamağa gedən Rusiya nümayəndə heyətinin təyyarəsi xarab olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Moskvanın Vnukovo aeroportunda baş verib.

Tu-204 təyyarəsi bu səbəbdən havaya qalxa bilməyib. Bununla bağlı Rusiya prezidentdinin nümayəndəsi Yelena Krılova məlumat verib.

O bildirib ki, buna görə nümayəndə heyəti üçün başqa təyyarə sifariş edilib.


Müəllif: Samir