14 Noyabr 2017 10:12
2 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Baş Assambleyasının açılışında İran-İraq sərhədindəki zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təklif olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Antonio Tayaninin başçılığı ilə Strasburqda başlanan və 4 gün davam edəcək iclasda təklif səsverməyə çıxarılıb.

Səsvermədən əvvəl çıxış etmək istəyən Avropa Xalq Partiyasının polşalı üzvü Avropa Parlamentinin həmrəylik duyğularını bu zəlzələdən əziyyət çəkənlərə göstərmək lazım olduğunu bildirib.

Səsvermədə təklif kifayət qədər səs toplamayıb və rədd edilib.

Qeyd edək ki, noyabrın 12-də İranvə İraqda baş verən güclü zəlzələ zamanı 450-dən çox insan həlak olub, 7000-dən çoxu isə yaralanıb.


Müəllif: Samir