14 Noyabr 2017 12:21
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu paytaxtın Suraxanı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yol-nəqliyyat hadisəsinin “Mercedes Galendewagen” markalı avtomobillə törədilməsi barədə yayılan məlumatlar yalandır.

Noyabrın 13-də Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində, Aeroport yolunda Bakı şəhər sakini, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü Abbas Vəliyev idarə etdiyi “Toyoto Parado” markalı, 90-XX-747 dövlət nömrə nişanlı avtomobillə yolun hərəkət hissəsində piyada, 1971-ci il təvəllüdlü Natiq Quliyevi vurub. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 13-də mətbuatda məmur oğlu tərəfindən “Mercedes Galendewagen” markalı avtomobillə qəza törətməsi barədə məlumat yayılıb.


Müəllif: Hacı Zeynalov