14 Noyabr 13:05
161

Ermənistanda tələbələrin bir neçə gündür davam edən aksiyaları pik nöqtəsinə çatıb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu gündən etibarən 5 tələbə təhsil aldığı İrəvan Dövlət Universitetinin İnformatika və tətbiqi riyaziyyat fakültəsində aclıq aksiyası elan ediblər.

Məlumatlara görə, səhər saatlarında yüzdən çox tələbə universitetin qarşısına gələrək, aclıq aksiyası keçirənlərə dəstəklərini bildiriblər.

Qeyd edək ki, tələbələr parlamentdə qəbul olunmuş “Hərbçilərin və hərbi qulluqçuların statusu haqqında Qanun”a etiraz edirlər. Bu qanun tədrislə bağlı möhlət hüququ nəzərdə tutulmayıb.


Müəllif: Samir