14 Noyabr 2017 18:05
3 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada televiziya aparıcısı gizli sevgi macərası yaşadığı üçün döyülüb.

Teleqraf.com xəbər verir ki, Fatimə Sazarukova əri ilə sevgi yaşadığından xəbər tutaraq aparıcı Larisa Şamanovanın çalışdığı ofisə gəlib və onu əməllicə döyüb.

Hadisənin görüntüləri sosial mediada yüksək sürətlə yayılıb. Kəskin tənqidlərlə qarşılaşan aparıcı Larisa açıqlama verib:

“Biz münasibətə iki il əvvəl başlamışdıq. Ancaq əlaqələrimiz uzun sürmədi. Çünki Fatimə Sazarukova məni çağırdı və Semyonov ilə evlənəcəyini söylədi. Bu çağırışdan sonra münasibətlərimizə son qoyduq və ondan sonra onu görmədim. Ancaq onlar qısa zamandan sonra ayrılıblar. Yəqin ki, Semyonuvn mənimlə olduğunu və mənə evlənmək istədiyini düşünüb. İddialar da əsassızdır”.


Müəllif: Sara