14 Noyabr 20:47
81

15:46

Gürcüstanın paytaxtı Tiflis şəhərinin beynəlxalq hava limanı təxliyə edilib.

Teleqraf.com xәbәr var ki, buna səbəb hava limanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəngdir.

Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.

Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb.

20:47

Polis əməkdaşları hava limanında, uçuş zolaqları və terminallarda axtarış aparıblar.

Tiflis beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb.


Müəllif: Teleqraf.com