15 Noyabr 2017 11:32
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

14.11.17 21:53

Zimbabvedə ordu Robert Müqabeni hakimiyyətdən devirmək üçün hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, Müqabenin müşavirini vəzifəsindən kənarlaşdırması ordunun qiyama qalxmasına səbəb olub.

30 ildən artıqdır ki, haimiyyətdə olan 93 yaşlı prezident bir neçə gün öncə müşaviri Emmerson Mnangagvanı vəzifəsindən azad edib.

Orduya məxsus tanklar paytaxt Harareyə doğru yola düşüblər. Qərargah rəisi Konstantino Çivenga keçirdiyi mətbuat konfransında Muqabeni qınayıb.

Emmerson Mnangagva Muqabenin yerinə ən layiqli şəxs hesab olunurdu. Onun istefaya göndərilməsi tərəfdarlarını qəzəbləndirib. Emmerson Mnangagva Muqabeni devirərək yerinə keçməkdə ittiham olunub.

Muqabenin həyat yoldaşı növbəti prezidentin özü olacağını bəyan edib.

***

Zimbabvedə hərbçilər ölkə prezidenti Robert Muqabe və onun mühafizəçilərini girov götürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar prezidentin dərhal istefa verməsini tələb ediblər.

Məlumatlara görə, Muqabe hərbçilərlə razılaşa bilib. O, istefa verəcəyini deyib. Muqabe ilk olaraq, həyat yoldaşına ölkəni tərk etməsinə imkan verilməsini istəyib.

Hərbçilər yerli telekanallara verdikləri açıqlamada bunun hərbi çevriliş olmadığını bildiriblər. Onlar bununla ölkədəki cinayətkarları cəzalandırmaq istədiklədiyini deyiblər.

Bundan başqa, hərbçilər ölkənin İqtisadiyyat naziri İqnasius Çombonu da girvo götürüblər.


Müəllif: Samir