15 Noyabr 12:48
155

12:30

Ermənistanda tələbələrin parlamentdə qəbul olunmuş “Hərbçilərin və hərbi qulluqçuların statusu haqqında qanun”a qarşı etiraz aksiyaları davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir neçə gündür İrəvan Dövlət Universitetinin qarşısına toplaşan tələbələr bu gün parlament önünə gəliblər.

Aksiya fəallarından olan Vaqan Kostanyan parlament qarşısında çıxış edib: “Parlament bizim səsimizi eşitmirsə, biz də aclıq aksiya keçirəcəyik”.

Qeyd edək ki, məlum qanun layihəsində tədrislə bağlı möhlət hüququ nəzərdə tutulmayıb. Dünəndən 6 tələbənin iştirakı ilə İrəvan Dövlət Universitetində aclıq aksiyası başlanıb.

***

Ermənistanın paytaxtı İrəvanda etirazçı tələbələr Baqramyan prospektini bağlamağa cəhd ediblər.

Məlumatlara görə, bu zaman polislə tələbələr arasında toqquşmalar baş verib.

Hadisə yerinə İrəvan polis rəisinin müavini Valeri Osipyan gəlib. Bildirilib ki, tələbələr istəklərinə nail ola bilməyiblər. Polis prospektdə və parlament binasında təhlükəsizliyi gücləndirib.

Toqquşmalar zamanı saxlanılanların olduğu deyilir.


Müəllif: Samir