17 Noyabr 2017 10:19
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi ölkdə Prezidenti Donald Trampın da aralarında olduğu barəsində təcavüz iddiaları irəli sürülən siyasətçilərin istefa verməsi ilə bağlı çağırış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki çağırış mətni nazirliyin rəsmi Tvitter hesabında yayımlanıb.

Ancaq qısa müddət sonra paylaşım silinib.

Məlumatlara görə, Pentaqon bu paylaşımı səhv adlandırıb:

“Pentaqonun rəsmi Tvitter hesabını yönəldən şəxs səhvən bu paylaşımı edib. Yanlışlıq aşkar edikdikdən dərhal sonra silinib”.

Tvitterdəki paylaşımın mətnini təqdim edirik:

“Həlli məlumdur… Roy Mor, yarışdan geri çəkil. Al Franken, Konqresdən istefa ver. Donald Tramp prezidentlikdən istefa ver. Respublikaçılar partiyada cinsi təcavüzlər etməyin. İkiüzlülüyünüz kimi bu da bir cinayətdir”.


Müəllif: Samir