17 Noyabr 2017 18:33
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Znamenski qarnizon hərbi məhkəməsi Rusiya Federal Mühafizə Xidmətinin Şimali Qafqaz Federal Dairəsi üzrə keçmiş rəhbəri Gennadi Lopırevin 10 il müddətinə həbsinə və 150 milyon rubl cərimələnməsinə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə generalın vəkili Ruslan Zakalyujnıy danışıb.

Vəkilin sözlərinə görə, Gennadi Lopırev rüşvətxorluqda təqsirkar hesab olunub. Məhkəmə Lopırevi general-leytenant hərbi rütbəsi və dövlət mükafatlarından məhrum etməkdən imtina edib. Generalın müdafiəsi qərardan etiraz edəcəyini açıqlayıb.

Qeyd edək ki, general Lopırev Federal Mühafizə Xidmətinin Qafqazdakı bölmələrində aparılan daxili yoxlamaya görə tutulub. Yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.


Müəllif: Teleqraf.com