17 Noyabr 2017 23:59
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Eylsberi şəhəri yaxınlığında yüngülmotorlu təyyarə ilə helikopter toqquşub.

Teleqraf.com xәbәr verir ki, “The Guardian” verdiyi məlumata görә, toqquşması nəticəsində 4 nəfər ölüb.

İlkin məlumata əsasən, qəza zamanı təyyarənin pilotu və helikopterdə olan 3 nəfər həyatını itirib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın səbəbləri müəyyənləşdirilir.


Müəllif: Teleqraf.com