18 Noyabr 2017 01:07
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

FHN bu axşam Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

FHN-dən Teleqraf.com-a verilәn xəbərə görə, Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar. Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com