19 Noyabr 2017 23:14
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşlarını daşıyan mikroavtobus qəza törədib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Rizə, Gümüşxana və Bayruta səfəri çərçivəsində prezidenti müşayiət edən mühafizə xidmətində yer alan polislər və bomba axtaran itlər Ankaraya geri dönərkən Girəsunda qəzaya düşüb. Mühafizə xidmətinin mikroavtobusu Görələ bölgəsinin Liman qovşağında qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində 4 polis əməkdaşı, o cümlədən mühafizə itləri yaralanıb. Yaralılar Görələ dövlət xəstəxanasına çatdırılıb.


Müəllif: Kəmalə