20 Noyabr 2017 08:42
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda binadan avtomobilin üzərinə paltaryuyan maşın atıblar.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxrın Nəsimi rayonu ərazisində, "Moskva" Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan "LEXUS"markalı bahalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.


Müəllif: Teleqraf.com