20 Noyabr 2017 09:29
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sakit okeanın Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatı ABŞ Geoloji Xidməti yayıb.

Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr aralıda, yerin 25 kilometr dərinliyində olub. Dağıntılar, ölən və yaralanlar haqqında məlumat verilməyib.

Sunami təhlükəsi elan edilib. Fransanın tərkibinə daxil olan Yeni Kalendoniyada insanlar təhlükəsiz ərazilərə təxliyə edilib.

Xatırladaq ki, Yeni Kalendoniyada dünən 6,7 bal gücündə zəlzələ baş vermişdi.


Müəllif: Samir