20 Noyabr 2017 10:37
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sarayeva küçəsində yerləşən 3 mərtəbəli binanın damını təmir edən 1987-ci il təvəllüdlü Sərxan Haqverdiyev oradan yıxılıb.

O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov