20 Noyabr 2017 13:12
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Əli Tarakçı güllələnib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Xəbərə görə, uşaqlarını məktəbə aparan jurnalistin avtomobilini arxadan sürətlə gələn digər avtomobil vurub. Jurnalist avtomobilindən düşərək arxadan onu vuran sürücü ilə mübahisə edib. Bu anda həmin şəxs tapanca çıxararaq 5 dəfə atəş açıb. Jurnalistin ayağına 3 güllə dəyib. Bundan sonra cinayətkarlar hadisə yerindən qaçıb. Jurnalist taksi ilə xəstəxanaya çatdırılıb.


Müəllif: Cavad