22 Noyabr 2017 10:28
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:04

Yevlax rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda "Hyundai" markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

Qarabağ Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Yevlax rayonunda avtomobilin kanala düşməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, “Hyundai” markalı avtomobilin sürücüsü rayon ərazisində idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq kanala aşıb.

Qəza zamanı Bakı şəhər sakinləri, 1989-cu il təvəllüdlü Mirzəyeva Elyana Aslan qızı, 1967-ci il təvəllüdlü Qurbanova Göyçək Bayram qızı və 1965-ci il təvəllüdlü Əsədov Aslan Bəhlul oğlu müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Onlar Bakıdan Ağdama toy mərasiminə gedirmişlər. Hadisə zamanı rayon ərazisində güclü külək əsdiyindən ilkin ehtimalara görə qəzaya küləkli hava şaraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com