22 Noyabr 2017 10:25
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində partlayış baş verib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, mina partlayışı nəticəsində üç erməni hərbçi ölüb, biri isə yaralanıb.

Hadisə təmas xəttinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin yaxınlığında baş verib. Partlayış nəticəsində Geqam Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Abramyan (1998-ci il təbəllüdlü) və Sarkis Məlikyan (1997-ci il təvəllüdlü) ölüb.

1997-ci il təvəllüdlü əsgər Harek Oveyan isə yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.


Müəllif: Samir