22 Noyabr 2017 16:00
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Premyer Liqanın 12-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Noyabrın 17-də Premyer Liqanın 12-ci turunun “Qarabağ”-“Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

30-ci dəqiqədə “Qarabağ” klubunun qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Kəpəz”-“Səbail” matçında “Kəpəz” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Dedimar Ferreir aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.


Müəllif: Samir