23 Noyabr 2017 12:20
1 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hücuma məruz qalıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Ukrayna televiziyalarından birində yayımlanan “Ukrayna formatı” verilişində baş verib.

Ali Radanın “Radikal Partiya”sından olan deputatı İqor Mosiyçuk Saakaşvili ilə mübahisə edib.

Mübahisəyə səbəb Mosiyçukun Saakaşvilini korrupsiyada ittiham etməsi olub. Qısa müddətdə mübahisə qızışıb və Mosiyçuk sabiq prezidentə hücum edib. Bu zaman verilişin aparıcısı araya girib və davanın dərinləşməsinə imkan verməyib.


Müəllif: Samir