23 Noyabr 2017 14:27
3 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:13

Dünən infarktdan dünyasını dəyişən tanınmış jurnalist Natiq Qədimovla vida mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, cənazə mərhumun Bakıdakı C.Naxçıvani küçəsində yerləşən evindən götürülür.

Mərasimdə mərhumun ailə üzvləri, yaxın dostları və tanınmış media nümayəndələri iştirak edir.

Mərhumun atası Aydın Qədimov göz yaşı içində oğlu ilə bağlı xatirələrini bölüşüb. O, oğlunun gülə-gülə öldüyünü, səhhətindən heç vaxt şikayətlənmədiyini deyib.

***

Jurnalist Natiq Qədimov dəfn edilib.

Teleqraf.com xəbər verir ki, o, Maştağa kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə jurnalistin ailə üzvləri, yaxınları, dostları iştirak edib.

Allah rəhmət eləsin!

Natiq Qədimov 2 iyul 1976-cı ildə Bakı şəhərində anadan olub. "Ayna"-"Zekalo" qəzetlərində, eləcə də ANS-in "İç xəbər" proqramında çalışıb. Son iş yeri APA TV idi.


Müəllif: Hacı Zeynalov