24 Noyabr 2017 01:00
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb.

Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.


Müəllif: Teleqraf.com