24 Noyabr 2017 01:57
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı balerina, aktrisa və müğənni Anastasiya Voloçkova yenidən diqqət mərkəzinə çevrilib.

40 yaşlı rəqqasənin sosial şəbəkədə yeni videosu yayılıb.

O, görüntüdə hazırda Fransada saxlanılan Rusiya Federasiya Şurasının üzvü, iş adamı Süleyman Kərimova olan sevgisindən danışıb:

“Mən onu həqiqətən çox sevmişəm. O, mənim ən ciddi münasibətdə olduğum şəxs olub. 3 il birlikdə olmuşam. Amma o, ilk və son sevgim olub. Odur ki, Süleymanın həbsi məni kədərləndirir”.

Qeyd edək ki, saxlanılma səbəbi bilinməyən 51 yaşlı biznesmenin 6,3 milyard dollar sərvəti var.

Xatırladaq ki, Anastasiya Voloçkova ilə azərbaycanlı iş adamı Bəxtiyar Səlimov arasında da eşq macərası yaşanıb. Onların məhəbbət romanı düz 2 il davam edib. Onlar 2016-cı ildə ayrılıblar. Buna səbəb Bəxtiyar Səlimovun Moskvaya gec-gec getməsi olub. 46 yaşlı iş adamı Bəxtiyar Səlimov Bakıda anadan olub./Axşam.az/


Müəllif: Teleqraf.com