24 Noyabr 2017 15:08
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.


Müəllif: Teleqraf.com