25 Noyabr 2017 09:10
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:03

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində “Leogrand” hotelində güclü yanğın başlayıb.

Teleqraf.com xәbәr verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda hoteldən insanlar təxliyə olunur. Yanğın nəticəsində üç nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Hotelin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Hoteldə “Miss Gürcüstan 2017” müsabiqəsinin iştirakçıları da olub.

Yanğının hotelin mətbəxindən başlayıb.

***

23:51

Acarıstan muxtar respublikasının Sәhiyyə naziri Zaal Mikeladze bildirib ki, yanğın nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlar Gürcüstan və Türkiyə vətədaşlarıdır.

Hadisə yerində 10 yanğınsöndürən briqadası və 60 xilasedici işləyir.

***

00:30

Ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur.

Bunu Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib.

Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.

***

Yanğın nəticəsində ölәnlәrin sayı 11 nəfərә çatıb, 21 nəfər isə yaralanıb.

Ölənlərdən 10-u Gürcüstan vətəndaşı, 1-i isə İran vətəndaşıdır.

Xəsarət alan 21 nəfərin isə 12-si Gürcüstan vətəndaşı, biri İsrail vətəndaşı, 5-i isə Türkiyə vətəndaşıdır.

Məlumata əsasən, yaralananlardan 3-ü evinə buraxılıb, digər 18-nin isə müalicəsi davam etdirilir. Batumi klinikalarında olan 18 vətəndaşın həyatı üçün təhlükə yoxdur.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili "Şərq Tərəfdaşlığı" sammiti başa çatdıqdan sonra Batumiyə gəlib. Baş nazir hadisə yerində vəziyyətlə tanış olub.


Müəllif: Teleqraf.com