25 Noyabr 2017 09:52
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində yerləşən “Leogrand” otelindəki yanğınla bağlı yeni məlumatlar üzə çxııb.

Teleqraf.com xəbər verir ki, otelin sahibi türkiyəli iş adamı Erol Avgörəndir.

Bu səbəbdən otel tez-tez türk qonaqları qəbul edirmiş.

Bu arada, hadisə zamanı ölənlərin sayının 12-yə çatdığı bildirilib. Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariya bildirib ki, yaralılardan bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir.

Nazir yanğında günahkarların tezliklə cəzalandırılacağını deyib. Onun sözlərinə görə, günahkarları azı 8 il həbs cəzası gözləyir.


Müəllif: Samir