25 Noyabr 2017 13:45
4 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Bakı səmasında qəribə obyekt görünüb.

Teleqraf.com xəbər verir ki, saytımızın əməkdaşı səhər telefonla çəkdiyi fotoları sonradan incələyərkən eyni dəqiqədə, ard-arda çəkilən kadrlardan birində qəribə formaya malik işıqlı obyekt müşahidə edib.

Sözü gedən fotoların ikisi də saat 09:13 radələrində çəkilib.

Qeyd edək ki, son vaxtlar zəlzələ baş verən ərazilərdə bu tip anomaliyalar, qəribə obyektlərin görünməsi artıq hamıya bəllidir. Ufoloqların bir qismi bunu yadplanetlilərin bizə nəsə yardım etmək cəhdi kimi, bəziləri isə onların hansısa məkrli planının olduğunu, zəlzələləri də onların yaratdığını söyləyirlər. Yaxınlarda Meksikada baş verən dəhşətli zəlzələdən əvvəl və sonra görünən qəribə yad cismlər də bu rakursdan izah edilmişdi.

Bu həftə Bakıda və ölkənin müxtəlif bölgələrində baş verən zəlzələ təkanlarından sonra bu hadisə də maraq doğurmaya bilməz.

Müqayisəli görüntüləri təqdim edirik.


Müəllif: Alpər Cəbrayıl