26 Noyabr 2017 12:58
3 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da baş verən bir qəza hamını şoka salıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Vaşinqtonda baş verib. Avtomobili idarə edə-edə cinsi əlaqəyə girən sürücü maşını ağaca çırpıb.

Hadisə yerinə gələn xilasedicilər kişiylə qadının çılpaq olduğunu və əlaqəyə girdikləri vaxt qadının 3 yaşlı oğlunun arxada əyləşdiyini bildiriblər.

Polis bundan əvvəllər də yol hərəkəti qaydalarını dəfələrlə pozan sürücü Mişel Tonkini həbs edib, ciddi xəsarət almış qadını isə 3 yaşlı oğluyla birgə xəstəxanaya çatdırıb.


Müəllif: Alpər