6 Dekabr 2017 10:21
1 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində şadlıq evlərindən birində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 1988-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Şahin Muradov şadlıq evlərindən birində toy məclisində tanışı ilə mübahisə edib.

Rəqs etmək üstündə yaranan mübahisəsi sonradan əlbəyaxa davaya çevrilib. Dava zamanı Şahin Muradov tanışı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Şahin Muradovun vəziyyətinin ağır olduğu bildirilir.


Müəllif: Hacı Zeynalov