7 Dekabr 2017 15:48
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili xəstələnib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı onun tərəfdarları məlumat yayıb.

Bildirilib ki, Saakaşvili soyuqdəymədən əziyyət çəkir.

Onlar əlavə edib ki, sabiq qubernator səhhətinin pisləşməsinə baxmayaraq, hələ də çadırda qalır”.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara yardım və onların cinayətlərinin gizlədilməsi maddəsi üzrə ittiham irəli sürüb. O, axtarışa verilib.


Müəllif: Samir