8 Dekabr 12:38
453

09:08

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub.

FHN-dən Teleqraf.com-a verilən xəbərə görə, nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

***

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Teleqraf.com-a verilən məlumatda deyilir ki, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.
Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus “KamAZ” markalı avtomobilə vurub.
Nəticədə A.Novruzov və sərnişinlərindən - Bakı şəhər sakini Xanlar Məmmədov və Quba rayon sakini Rəşid Cəfərov hadisə yerində ölüblər, digər 1 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Teleqraf.com