8 Dekabr 2017 12:24
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Exo” qəzetinin fotoqrafı və fotoredaktoru Samir Əliyev ağır xəstəlik nəticəsində dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu bildirib.

O, S.Əliyevi fotojurnalistikanın istedadlı təmsilçisi, dəyərli insan kimi xarakterizə edib.

Yaxınlarının yaydığı məlumata görə, S.Əliyev qanın mieloleykozu xəstəliyindən əziyyət çəkirmiş. Jurnalistin vəziyyəti son günlər qəfildən ağırlaşıb və o, reanimasayaya yerləşdirilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, fotoqrafı xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!


Müəllif: Səxavət