9 Dekabr 2017 11:24
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan Azərbaycana gizli gətirilən pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama nəticəsində, avtomobilin qapılarının içərisindən "Cock Crowing At Dawn" adlı 27000 ədəd pirotexniki vasitə aşkarlanıb.


Müəllif: Teleqraf.com