10 Dekabr 2017 18:29
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhd hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxıb.

Hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparıb və onu intihar etmək fikrindən daşındırıblar. Əməliyyat başa çatıb.


Müəllif: