10 Dekabr 2017 22:34
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, hadisə San-Dieqo şəhərində baş verib. Pilot qəzalı təyyarəni yerə endirə bilsə də, uçaq şəhərdəki evlərdən birinə çırpılıb. Hadisə zamanı təyyarənin göyərtəsində 4 nəfər olub. Onlardan 2-i qəza zamanı ölüb, digər 2 şəxsin taleyi barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com