11 Dekabr 2017 19:38
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:12

ABŞ-ın Nyu York şəhərində partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə avtobus terminalında meydana gəlib.

Partlayış zamanı bir neçə nəfər xəsarət alıb. Məlumatlara görə, hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

A, C və E metro xətlərindən insanların təxliyyə olunduğu bildirilir.

***

Nyu-York meri Bill de Blasio jurnalistlərə açıqlamasında Nyu-Yorkda avtobus terminalında baş verən artlayışı terror aktı kimi qiymətləndirib.

O bildirib ki, hadisəni törədən 27 yaşlı Akayed Ullah olub. Banqladeş əsilli A. Ullah Bruklində yaşayırmış.

“Bu, uğursuz terror cəhdidir. Onların bizi narahat etməsinə icazə verməyəcəyik. Bu, onların yeganə məqsədidir”, - deyə mer əlavə edib.


Müəllif: Samir