11 Dekabr 2017 22:12
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

"British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş edib.

Teleqraf.com xəbər verir ki, təyyarə Mumbay-London reysini yerinə yetirirdi.

Qeyd olunur ki, eniş pilot kabinəsinin tüstülənməsi səbəbindən edilib. "Boeing-777" təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 ekipaj üzvü olub. Təyyarə uğurlu eniş edib və hal-hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanındadır", deyə aeroportdan bildiriblər.


Müəllif: