12 Dekabr 2017 13:02
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələ Rixter şkalası üzrə 6,1 bal gücündə olub.

Yeraltı təkanların episentri Kerman bölgəsində, yerin 57 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfatla bağlı heç bir məlumat yoxdur.

Qeyd edək ki, dünən İran-İraq sərhədində 5,4 bal gücündə zəlzələ olmuşdu.


Müəllif: Samir