12 Dekabr 2017 13:30
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Baumqarten bölgəsində güclü partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə qaz boru kəmərində baş verib.

Partlayış nəticəsində azı 60 nəfər yaralanıb.

Hadisənin səbəbləri məlum deyil. Olay yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb edilib.

Hadisədən sonra İtaliyanın bir hissəsi qazsız qalıb.


Müəllif: Samir