12 Dekabr 2017 14:13
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft Daşlarında insident baş verib.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib. Anar Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.


Müəllif: Şəfiqə