13 Dekabr 2017 13:47
2 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana bölgəsində Fətullahçı terror təşkilatına qarşı əməliyyat zamanı həbs olunan, daha sonra isə azadlığa buraxılan məktəb müəlliminin evində axtarış aparılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, işdən azad edilən Necdət A.-nın evindən tapılanlar hər kəsi təəccübləndirib.

Bununla bağlı Adana polis idarəsi məlumat yayıb. 5 uşaq atası olan müəllimin evindən ümumi yaddaşı 500 geqabit olan 400 ədəd diskdə porno materiallar tapılıb.

Həmin materialların içində 19 min uşağın porno filmləri olub.

Saxlanılaraq polis bölməsinə gətirilən 31 il müəllimliklə məşğul olan Necdət özünə belə haqq qazandırıb:

“İkinci əl hard disk almışdım. Materiallar da onun içində idi”.

Onun hakim qarşısına çıxarılacağı bildirilib.


Müəllif: Samir