14 Dekabr 2017 01:57
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yanğın zamanı ev sahibi tüstüdən yüngül zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com